[b]87 illik antirekord yeniləndi[/b]
20.11.2017 - 18:01
[b]87 illik antirekord yeniləndi[/b]

İtaliya klubu “Benevento” A seriyasına çıxmağına peşman olub. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, debütant elitada yeni antirekord müəyyənləşdirib.

 

XIII turda “Sassuolo”nu qəbul edən Pietro İemmelonun yetirmələri 1 xal qazanmağa çox yaxın olsalar da, sabiq “Qarabağ”lı Samuel Armenterosun qolu da bunun üçün yetərli olmayıb. Belə ki, 90+4-cü dəqiqədə qol buraxaraq məğlubiyyətə (1:2) düçar olan “Benevento” ardıcıl 13-cü dəfə meydanı xalsız tərk edib.

 

Bu isə “böyük beşlik” ölkələrinin (İngiltərə, İtaliya, İspaniya, Almaniya, Fransa) yüksək liqalarında 87 illik antirekordun yenilənməsinə səbəb olub. Bununla “Benevento” “Mançester Yunayted”in 1930-cu ildəki (ardıcıl 12 məğlubiyyət) antirekordunu geridə qoyub.

 

Qeyd edək ki, ilk 13 turda cəmi 6 qol vuran “Benevento” qapısında 33 top görüb.

0