[b]“Neftçi”dən darmadağın, “Araz” minimalhesablı qələbəyə sevindi[/b]
20.11.2017 - 22:14
[b]“Neftçi”dən darmadağın, “Araz” minimalhesablı qələbəyə sevindi[/b]

Bu gün Bakı İdman Sarayında futzal üzrə Yüksək Liqada VIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ilk oyunda lider “Araz” üçüncü pillənin sahibi EKOL-la qarşılaşıb.

 

Nominal qonaqlar oyuna tam heyətlə çıxdığı halda, “Araz” zədəli Xətai Bağırov və cəzalı İsa Atayevin xidmətindən istifadə edə bilməyib. Əvəzində zədəsini sağaldan Kardosa Evorton - “Qalo” komandasına kömək etmək imkanı qazanıb. Görüş “Araz”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 
Turun ikinci oyununda “Neftçi” “Yasamal”la qarşılaşıb. Görüş “ağ-qaralar”ın 6:2 hesablı darmadağını ilə yekunlaşıb.

 

Turun son oyunu çempionata gəlişi ilə rəng qatan debütantlar arasında keçirilib. “Marafon Futsal” “FK.İD.Futsal”la üz-üzə gəlib. Birincilərin 6 qoluna nominal qonaqlar yalnız təsəlli qolu ilə cavab verə biliblər.

 

Futzal üzrə Yüksək Liqa

VIII tur

 

“Araz” – EKOL – 2:1
Qollar: M. da Silva, 18:53, E. Borges, 25:34 – F. Atakişiyev, 36:40

 

“Yasamal” FK – “Neftçi” İK 2:6
Qollar: M. Cahandost, 11:52, 13 (10 metrlik) – R. Balakişiyev, 3, 15:04, 30:13, 35:40, D. Xolerdi, 38:37, T. İsmayılov, 39:15
 

“Marafon Futsal” – “FK.İD.Futsal” 6:1

Qollar: S. Məmmədov, 14:50, 23, 32:23, 37:39, R. Soltanov, 25:39, 36:24 – E. İbrahimxəlilov, 16:08

0