SİZİN REKLAM BURADA

“Azərbaycanla birgə layihələr üzərində düşünürük” – FİFA prezidenti

“Mən hələ FIFA prezidenti olmamışdan öncə UEFA-da çalışdığım dövrdə biz AFFA ilə birgə əməkdaşlıq etmişik. Biz hələ o zaman irəliyə baxaraq Azərbaycanla birgə layihələr üzərində düşünürdük”. Apasport.az saytının məlumatına görə, bu sözləri FİFA prezidenti Cianni İnfantino deyib.

 

Azərbaycana səfəri zamanı ölkə prezidenti İlham Əlyevin qəbulunda olan İnfantino ölkəmizdə futbolun inkişaf etdiyini qeyd edib: “Mən və baş katib Fatma Samoura Azərbaycanda ümumilikdə futbolun və futbol hərəkatının inkişafının şahidiyik. Siz artıq 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsini Bakıda təşkil etmisiniz”.

 

Canni İnfantino Bakının AVRO-2020-yə ev sahibliyi edəcək 13 şəhərdən biri olmasının əhəmiyyətini qeyd edib. O bildirib ki, ölkəmizdə futbol infrastrukturunun yaradılmasına və uşaq futboluna böyük önəm verilməsi Azərbaycanda futbolun inkişafına gətirib çıxarıb. Canni İnfantino, eyni zamanda, bildirib ki, 2019-cu ildə Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçı Azərbaycanda futbolun inkişafının nəticəsidir. Canni İnfantino futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ” futbol klubunun uğurlar qazandığını vurğulayıb və AFFA-nın fəaliyyətinin bir çox ölkələr üçün nümunə olduğunu qeyd edib.

 

Sonra Canni İnfantino FIFA-nın xatirə hədiyyələrini Azərbaycanın dövlət başçısına təqdim edib.

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10