[b]5 il sonra: “Neftçi”dən uğurlu nümunə[/b]
21.11.2017 - 09:22
[b]5 il sonra: “Neftçi”dən uğurlu nümunə[/b]

Azərbaycan çempionu “Qarabağ” sabah növbəti avrokubok sınağına çıxacaq. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında mübarizə aparan təmsilçimiz V turda “Çelsi” ilə üz-üzə gələcək.

 

İngiltərə çempionu ilə qarşılaşma Qurban Qurbanovun yetirmələri üçün son ev qarşılaşması olacaq. Noyabrın 22-də keçiriləcək matç Azərbaycan klublarının bu tarixdə keçirəcəyi 2-ci qarşılaşmadı.

 

İndiyədək yalnız bir dəfə təmsilçimiz noyabrın 22-də qüvvəsini sınayıb. 5 il əvvəl Avropa Liqasının qrupuna yüksələn “Neftçi” Serbiya “Partizan”ının qəbul edib.

 

Bakıda baş tutan matçda çempionumuz 1 xal qazanıb – 1:1. Flavinyonun qol vurduğu matçda bakılılar 10-cu dəqiqədə hesabı açsa da, üstünlüyünü qoruya bilməmişdi.

 

 

0