SİZİN REKLAM BURADA

“Lokomotiv” qələbə ilə başladı - YENİLƏNİB

Bu gün Azərbaycanın voleybol klubları üçün avrokubok mövsümünə start verilib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçilərindən mübarizəyə öncə ölkə çempionu “Lokomotiv” qoşulub.

 

Fərid Cəlalovun rəhbərlik etdiyi kişi voleybolçulardan ibarət Bakı təmsilçisi “Çelenc Cup”da debüt oyununa çıxıb. II təsnifat mərhələsindən mübarizəyə qoşulan komandamız Kiprin “Apoel” klubunu qəbul edib.

 

Voleybol Mərkəzində baş tutan matçda “dəmiryolçular” rahat qələbə qazanıblar. Voleybolçularımız rəqibə heç bir şans verməyiblər - 3:0 (25:20, 25:21, 25:19).

 

İki komanda arasındakı cavab oyunu noyabrın 29-da keçiriləcək.

 

 

21 noyabr

“Çelenc Cup”

II təsnifat mərhələsi, ilk oyun

 

“Lokomotiv” (Azərbaycan) – “Apoel” (Kipr) - 3:0 (25:20, 25:21, 25:19)

“Lokomotiv”: Aleksey Çervyakov, Abbas Cəfəri, Ruslan Əliyev, Dmitri Baranov, İvan Kazaçkov, Dmitri Obodnikov, Vüqar Bayramov, Murad Abdurazakov, Rəsul İbrahimov, Əli Maqomedov, Pərviz Səmədov, Andrey Vasilenko, Asif Əliyev, Kənan Allahverdiyev, Zeynalabdin Qasımov

Hakimlər: Stefan Takayçvili (Gürcüstan), Yovan Yovanoviç (Serbiya)

Bakı. Voleybol Mərkəzi

 

Qeyd edək ki, Azərbaycan klubları yeni mövsümdə Çempionlar Liqasında və CEV kubokunda təmsil olunmayacaq. “Lokomotiv”lə yanaşı, “Azərreyl” də “Çelenc Cup”da oynayacaq. Qadınlardan ibarət klubumuz mübarizəyə 1/16 final mərhələsindən başlayacaqlar. 

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 13 11 1 1 23-6 34

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 13 4 1 8 9-19 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10