[b]“Çelsi”nin yarımmüdafiəçisi “Qarabağ”la görüşü buraxacaq[/b]
21.11.2017 - 10:34
[b]“Çelsi”nin yarımmüdafiəçisi “Qarabağ”la görüşü buraxacaq[/b]

Çempionlar Liqasının V turunda “Qarabağ”ın rəqibi olacaq “Çelsi”də daha bir futbolçunun durumuna aydınlıq gəlib. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, yarımmüdafiəçi Viktor Mozes Bakıda meydana çıxa bilməyəcək.

 

Düzdü, oktyabrın 14-də Premyer Liqa çərçivəsində “Kristal Pelas”la qarşılaşmada zədələnən nigeriyalı futbolçu artıq sıraya dönüb. Baş məşqçi Antonio Konte onun “Qarabağ”la görüşdə oynamaq şansının olduğunu da bildirmişdi. Lakin son tibbi müayinənin ardından həkimlər Mozesin hələ də tam hazır olmadığını bildiriblər. Bu üzdən italiyalı mütəxəssis sabahkı qarşılaşmada da yarımmüdafiəçinin xidmətinə ehtiyac duymayacaq. Mozeslə yanaşı, hücumçu Mişi Batşuayinin də oyunu buraxacağı dəqiqdi.

 

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” matçı Bakı Olimpiya Stadionunda keçiriləcək.

0