[b]DÇ-2018: 8 çempion, 8 ulduz[/b]
21.11.2017 - 13:22
[b]DÇ-2018: 8 çempion, 8 ulduz[/b]

DÇ-2018-in final mərhələsinin püşkatmasında iştirak edəcək ulduzların adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, dekabrın 1-də baş tutacaq tədbirdə dünya futbolunun tanınmış simaları iştirak edəcək.

 

Tədbirin aparıcıları Qari Liniker və Mariya Komandnayaya ulduzlar yardım edəcək. Bunlar Loran Blan, Qordon Benks, Fabio Kannavaro, Kafu, Dieqo Maradona, Karles Puyol və Dieqo Forlan aparıcılara assistentlik edəcək.

 

Bu yeddi ulduz, həmçinin dünya kubokunu səhnəyə gətirəcək Miroslav Kloze indiyədək çempion olan 8 ölkəni təcəssüm edəcək. Aparıcıların daha bir assistenti isə Rusiya futbolunun tanınmış siması Nikita Simonyan olacaq.

0