SİZİN REKLAM BURADA

“Biz yox, rəqib təzyiq altındadı” - Dino Ndlovu

“Hər kəs oyunun vacibliyini bilir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Dino Ndlovu deyib. 


Azərbaycan çempionu UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində 5-ci oyununu sabah Bakı Olimpiya Stadionunda “Çelsi”yə qarşı keçirəcək. 

Matçdan əvvəl baş tutan mətbuat konfransında Ndlovu da iştirak edib. O, “Çelsi” ilə qarşılaşmada sona qədər mübarizə aparacaqlarını deyib: “Çelsi”yə böyük hörmətimiz var. Londondakı matç “Qarabağ”ın real gücünü əks etdirmir. Sabah özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq”.

 

- Qrupda üçüncü yeri tutmaq fikri komandada təzyiq yaradırmı?

- Biz hər zaman növbəti oyunumuza köklənirik. Təzyiq altında deyilik. Artıq böyük komandalara qarşı oynayırıq. Əksinə, rəqib təzyiq altındadı. Sabah sanki sonuncu oyunumuza çıxacağıq. Üçüncü yeri tutmaq üçün mübarizə aparacağıq. Alınmasa, nöbəti mövsümə köklənəcəyik.

 

- Premyer Liqada qolları sıralayırsız. Bəs sabahkı matçda necə, fərqlənə biləcəksizmi?

- Qol önəmli deyil. Əsas komandaya kömək etməkdi. Məqsəd xal və ya qazana bilməkdi. Bunu edə biliriksə, komandaya kömək etmiş oluruq. Hər bir futbolçu da bu tərəfdən köməklik göstərmək üçün əlindən gələni edir.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10