SİZİN REKLAM BURADA

"Bu, işimizin çətin olacağından xəbər verir" - Tibo Kurtua

“Yaxşı hazırlıq keçmişik. Sabahkı görüşə hazırıq”. Apasport.az saytı xəbər verir ki, bu sözlər “Çelsi”nin qapıçısı Tibo Kurtuaya məxsusdu.

 

İngiltərə çempionu Çempionlar Liqasının V turunda sabah “Qarabağ”la üz-üzə gələcək.

 

Oyunun baş tutacağı Bakı Olimpiya Stadionunun konfrans zalında belçikalı qolkiper jurnalistlər önünə çıxıb. O, mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

- Uzun səfərdən sonra fiziki və mənəvi cəhətdən özünüzü necə hiss edirsiniz? Hər halda, uzun ayaqlarınızı təyyarədə yerləşdirmək çətin olur...

- Uçuşumuz uzun oldu, amma təyyarə yaxşıdı. Təyyarədə əhval-ruhiyyəni yüksək tutmağa çalışdıq. Premyer Liqada növbəti oyunumuz “Liverpul”a qarşıdı. Məşq vaxtını da həmin saata uyğun keçdik.

 

- İngiltərə vaxtına öyrəşmisinizsə, Azərbaycan saatı ilə gecə 2-3-də yatacaqsınız?

- Mənim üçün yatmaq vaxtı saat 11 olacaq. “Liverpul”la görüş saat 5-dədi.

 

- Sabahkı rəqibiniz “Qarabağ”dı. Belə demək olarmı ki, siz artıq “Liverpul”la matçı düşünürsünüz?

- Əlbəttə ki, xeyr. Biz tam olaraq sabahkı matça köklənmişik. İlk görüşdə hesab fərqli oldu. Nəzərə alaq ki, bu, “Qarabağ”ın ilk oyunu idi. Onlar daha sonra “Roma” və “Atletiko”ya qarşı yaxşı oyunlar keçirdilər.
 

- Londona 3 xalla dönə biləcəksiniz?

- Hədəfimiz budu. Favorit də bizik. Bu qələbə bizə növbəti mərhələyə vəsiqəni təmin edəcək. Ancaq “Qarabağ” “Atletiko”ya çətin anlar yaşadıb. Bu da işimizin çətin olacağından xəbər verir. Sabah erkən qol vurmağa çalışacağıq. Bunun üçün ilk dəqiqələrdən pressinq edəcəyik.

 

- Növbəti mərhələyə qrup ikincisi kimi adlamaqdan qorxmursunuz?

- İlk olaraq, növbəti görüşdə qələbə qazanmalıyıq. Qrupda neçənci olacağımıza sonra baxarıq. Növbəti mərhələdəki 16 komandanın hamısı güclü olur. Qrup birincisi nisbətən zəif rəqiblə üzləşir.

 

- “Qarabağ” hansı cəhətlərinə görə “Çelsi” üçün təhlükəli sayıla bilər?

- “Qarabağ” bu turnirdəki ilk matçında “Çelsi” ilə qarşılaşmışdı. “Çelsi” isə İngiltərə çempionu kimi bu turnirə qatılmışdı. Amma sonra komandanın oyunlarında taktiki cəhətdən fərqli məqamlar hiss olundu. Çox təhlükəli hücumçuları var. Onlar topu bizə verib, əks-hücumdan maksimum yararlanmağa çalışacaqlar. Sabah diqqətli oynaya bilsək, “Mançester Yunayted” və “Vest Bromviç”lə matçdakı kimi qələbə qazanacağıq.

 

- “Roma” ilə matçdan sonra nə kimi dəyişikliklər etmisiniz?

- Həmin oyundan bəri çox vaxt keçməyib. Milli oyunlar fasiləsi oldu. Dəyişikliklər çox olmayıb. Biz əzmkar mübarizə aparmağa başladıq. O məğlubiyyətdən sonra köklənmə yüksək səviyyədə oldu. Mövsümün sonuna qədər də bu şəkildə davam etməliyik.

 

- “Atletiko”nun heyətində də Bakıya gəlmişdiniz. Bakı sizin xatirənizdə necə qalıb?

- Bu mənim üçüncü səfərimdi. 4 il əvvəl burda olmuşduq. Bəyəndiyim məqamlar buranın mədəniyyəti, insanların dostcanlı olmasıdı. Sabahkı oyun ümid edirəm ki, hamı üçün uğurlu olar.

 

- Yeni müqavilə məsələsində klubla danışıqlar necə gedir?

- Daha çox öz oyunuma köklənmişəm. Müqavilə menecerimlə klub arasında olan məsələdi. Hələ bir yenilik yoxdu. Mövsümün sonunda bu məsələyə qayıdacağıq.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10