SİZİN REKLAM BURADA

“Bizim üçün ən önəmli “Qarabağ”la oyundu” – Antonio Konte

“Çox diqqətli olmalıyıq. Rəqibimiz “Atletiko”dan 2 xal alıb”. Apasport.az saytının məlumatına görə, bunu “Çelsi”nin baş məşqçisi Antonio Konte deyib.

 

London klubu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah “Qarabağ”ın qonağı olacaq.

 

Qarşılaşma öncəsi təşkil edilən mətbuat konfransında italiyalı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: “Roma”da burdakı görüşdə çox çətinlik çəkib. Sabah meydana qələbə üçün çıxacağıq. Bunu bacarsaq, növbəti mərhələyə adlayacağıq”.

 

- 10 ballıq şkala ilə dəyərləndirsəniz, “Çelsi” ilə “Qarabağ”a hansı qiyməti verərsiniz?

- “Qarabağ” yaxşı komandadı. Topa nəzarət etməyi xoşlayır. İşimiz çətin olacaq. İlk oyundakı nəticə sizi yanıltmasın. Həmin matçda bir az da bəxtimiz gətirdi. Rəqib Çempionlar Liqasında debüt edirdi.

 

- Sabah “Qarabağ”a məğlub olsanız, saqqalınızı Bakıda, yoxsa Londonda qırxdıracaqsınız?

- Önəmli olan saqqalım yox, komandamın qələbə qazanıb, növbəti mərhələyə vəsiqə qazanmasıdı. Saqqal saxlamaq çətin məsələdi, ilk dəfədi bunu edirəm.

 

- İki il əvvəl İtaliya yığmasının “sükanı arxası”nda olarkən məhz bu stdionun açılış matçında önəmli qələbə qazanmışdınız. Arenanın yenə sizin üçün düşərli olacağına inanırsınız?

- Eyni nəticəni qazanmaq istəyərəm. Həmin qələbə İtaliya millisini Avropa çempionatına daşıdı. O görüşdə də Azərbaycan yığmasına qarşı çətinlik çəkdik. Azərbaycanda futbolun səviyyəsi artmaqdadı. Sabah da olduqca diqqətli olmalıyıq.

 

- “Qarabağ” və “Liverpul”la iki önəmli matça çıxacaqsınız. Sizcə, bu həmin matçlardı ki, səhv etmək haqqınız yoxdu?

- Biz “Mançester Siti” ilə oyundan əvvəl də “Atletiko” ilə qarşılaşmışdıq. Yenə eyni problem təkrarlanacaq. “Qarabağ”la sabahkı matçdan sonra uzun yol qət edib, Londona qayıdacağıq. “Liverpul” ilə bu gün oyun keçirəcək. Bizim üçün bərpa prosesi çətn olacaq. Təqvimi müəyyən edənlər diqqətli olmalıdılar. Bunları bəhanə etmirəm. Amma reallıq budu.

 

- “Liverpul”la görüşü nəzərə alıb, sabahkı matçda heyətdə dəyişiklik etməyi düşünürsünüzmü?

- Rotasiyanın tətbiqi normaldı. Nəzərə alsaq ki, 3 gündən bir oynayırıq, bu rotasiya mütləq olmalıdı. Ancaq bizim üçün ən önəmli oyun “Qarabağ”dı. Sabah qələbə qazansaq, “Atletiko” ilə görüşdə buna ehtiyac qalmaycaq.

 

- 6:0 hesablı qələbədən sonra futbolçuları sabahkı qarşılaşmaya kökləmək çətin olmayıb?

- Xeyr. Rəqib “Atletiko” kimi komandadan 2 matçda heç-heçə edib. Hörmət etməli olduğumuz rəqibdi. Sabahkı matça da tam köklənə bilmişik.

 

- Təqvimlə bağlı Premyer Liqa rəhbərliyinə şikayət etmisiniz?

- İradım təkcə bizim komandamız üçün yox, Premyer Liqanın bütün komandaları üçündü. Uzun müddətdi ingiltərə klubları Çempionlar Liqasında finala çıxa bilmirlər. Sadəcə, təqvimi müəyyənləşdirənlər bizə hörmətlə yanaşmalıdılar ki, işimizi rahat görə bilək.

 

- “Mançester Yunayted”lə görüşdə sistemi dəyişdiniz və qələbə qazandınız. Bunu növbəti matçda da tətbiq edəcəksiniz, yoxsa rəqibə görə dəyişir?

- Bəzi oyunlarda dəyişikliklər önəmlidi. Komanda ən azı 2 sistemlə oynamağı bacarmalıdı. Əsas komandanın oyun prinsipini itirməməsidi.

 

- Eden Azar son görüşdə yüngül zədələnmişdi. O, növbəti matçda iştirak edəcək?

- Azar zədəli deyil, hazırdı. Bizdə zədəli olan oyunçular Mişi Batşuayi, Kenedi Musonda və Viktor Mozesdi.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10