[b]"Qarabağ" "Çelsi"yə yenə böyük hesabla uduzdu [/b]
22.11.2017 - 22:49
[b]"Qarabağ" "Çelsi"yə yenə böyük hesabla uduzdu  [/b]

Çempionlar Liqasında V turun növbəti oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qarabağ” da meydana çıxıb.

 

C qrupunda mübarizə aparan çempionumuz son ev matçında İngiltərə “Çelsi”sini qəbul edib. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma Qurban Qurbanovun yetirmələri üçün məyusedici nəticə ilə yekunlaşıb.

 

Belə ki, “Qarabağ” London təmsilçisi qarşısında qapısında 4 cavabsız qol görüb. Görüşün 18-ci dəqiqəsində hakimin şübhəli qərarı ilə kapitan Rəşad Sadıqov qırmızı vərəqə alaraq meydandan qovulub, ağdamlıların qapısına isə penalti təyin olunub. Azar dəqiq oynayıb.

 

Ardınca Villian fərqi artırıb. İkinci hissədə "Qarabağ" yenə penalti ilə cəzalanıb. Qara Qarayevin Villianı çəkməsi hakimin gözündən yayınmayıb. Bu dəfə də Fabreqas fürsəti əldən verməyib. Sonuncu qolu isə yenə Villian vurub. Braziliyalı uzaqdan zərbə ilə dublunu rəsmiləşdirib.

 

Bu nəticədən sonra sonuncu tur “Qarabağ” üçün formallığa da çevrilə bilər. Çempionumuz “Çelsi”yə uduzduğu üçün “Atletiko” italiyalıları məğlub etsə, Qurbanovun yetirmələrinin sonuncu yer tutacağı rəsmiləşəcək. Amma təmsilçimiz məğlubiyyətlə də üçüncülük şansını saxlaya bilər. Bunun üçün “Roma”nın səfərdən xalla dönməsi lazımdı.

 

Çempionlar Liqası

Qrup mərhələsi, V tur

22 noyabr, C qrupu

 

“Qarabağ” (Azərbaycan) - “Çelsi” (İngiltərə) - 0:4

Qollar: Azar, 21 (pen.), Villian, 37, 85, Fabreqas, 73 (pen.)

Qırmızı vərəqə: Rəşad Sadıqov, 18

Baş hakim: Manuel De Souza

Baş hakimin köməkçiləri: Alvaro Meskuita, Rikardo Santos

Dördüncü hakim: Nuno Pereyra

Əlavə hakim köməkçiləri: Fabio Verissimo, Luis Migel Branko Qodinyo (hamısı Portuqaliya)

Bakı Olimpiya Stadionu

 

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 77. Donald Gerye

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana

Baş məşqçi: Qurban Qurbanov

 

“Çelsi”: 13. Tibo Kurtua, 2. Anton Rüdiger, 3. Markos Alonso, 4. Sesk Fabreqas, 7. Nqolo Kante, 10. Eden Azar, 11. Pedro Rodrigez, 21. Davide Zappakosta, 22. Villian, 28. Sezar Azpilikueta, 30. David Luiz

Ehtiyat oyunçular: 1. Villi Kabalyero, 6. Danni Drinkvoter, 9. Alvaro Morata, 14. Timo Bokoyako, 24. Qari Keyxil, 27. Andersen Kristensen, 66. Düjon Sterlinq

Baş məşqçi: Antonio Konte

 

1

Çelsi

5

3

1

1

15-7

10

2

Roma

4

2

2

0

8-4

8

3

Atletiko

4

0

3

1

2-3

3

4

Qarabağ

5

0

2

3

2-13

2

0