[b]“İndi “Qarabağ”a daha çox hörmət etməliyik”[/b]
22.11.2017 - 11:03
[b]“İndi “Qarabağ”a daha çox hörmət etməliyik”[/b]

“Qarabağ”la birinci oyunda daha çox qol vura bilərdik. Bir neçə qol şansını qaçırmışdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Çelsi”nin U-19 komandasının baş məşqçisi Co Eduards deyib.

 

London klubu UEFA Gənclər Liqasında bu gün “Qarabağ”ın qonağı olacaq.

 

Matçdan öncə “Çelsi”nin rəsmi saytına açıqlama verən Eduards maraqlı fikirlər səsləndirib. O, “Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandasının “Atletiko”ya səfərdə qalib gəlməsinə (1:0) təəccübləndiyini gizlətməyib.

 

31 yaşlı çalışdırıcı bu nəticənin “Qarabağ”ın üzvlərində özünəinam hissini artıracağını bildirib. Bununla belə, o, Londondakı görüşdə (5:0) olduğu kimi, meydana yenə qələbə üçün çıxacaqlarını qeyd edib: “Bilirik ki, indi “Qarabağ”a daha çox hörmət etməliyik. Çünki rəqib Madriddə “Atletiko”nu üstələyib. Bu, “Qarabağ”ın inkişafı baxımından böyük uğurdu. Londonda rəqib topu özündə saxlamağa, oyunu “sındırmağa” və bununla bizi məyus etməyə, çalışırdı. “Qarabağ”ın futbolçuları tez-tez qaydanı pozurdular. “Atletiko”ya qalib gəldikləri matçda da Londondakı kimi oynadılar. Odu ki, “Qarabağ”dan nə gözləməli olduğumuzu bilirik və buna hazırıq. Bakıda yaxşı nəticəyə imza atmaq istəyirik. Qələbə qazanmaqla qrupdan çıxmaq tapşırığının öhdəsindən gələ bilərik. Təbii ki, digər görüşdə hansı hesabın qeydə alınmasından da çox şey asılıdı”.

 

Qeyd edək ki, “Qarabağ” və “Çelsi”nin 19 yaşadək futbolçuları arasında “Azərsun Arena”da keçiriləcək matç saat 15:00-da start götürəcək. 

0