[b]“Qarabağ” - “Çelsi”: Ehtimal heyətlər[/b]
22.11.2017 - 12:40
[b]“Qarabağ” - “Çelsi”: Ehtimal heyətlər[/b]

İngiltərə çempionu “Çelsi” Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində bu gün “Qarabağ”ın qonağı olacaq. Apasport.az-ın məlumatına görə, Britaniya mətbuatı komandaların ehtimal heyətlərini açıqlayıb.

 

Həmkarlarımızın fikrincə, “zadəganlar”ın baş məşqçisi Antonio Konte Bakıdakı oyunda 3-4-3 taktiki sxemindən istifadə edəcək. Son vaxtlar italiyalı çalışdırıcının “qara siyahı”sına düşən David Luisin “Qarabağ”la görüşdə əsas heyətə qayıdacağı bildirilir. Kontenin meydana bu heyəti buraxacağı proqnozlaşdırılır: Tibo Kurtua, Sezar Azpilikueta, David Luis, Antonio Rüdiger, Davide Zappakosta, Markos Alonso, Nqolo Kante, Danni Drinkuoter, Villian, Pedro Rodriges, Alvaro Morata.

 

“Qarabağ”ın hazırkı durumuna da toxunan britaniyalılar Dino Ndlovunun cəzasını başa çatdırıb sıraya döndüyünü, Pedro Enrikenin cəzasının isə hələ davam etdiyini qeyd ediblər. Onların fikrincə, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bu gün 4-1-4-1 taktiki sxeminə üstünlük verəcək.  

 

“Qarabağ”ın qapısını İbrahim Şehiçin qoruyacağını vurğulan həmkarlarımız müdafiə xəttində Maksim Medvedev, Rəşad Sadıqov, Yakub Jezniçak və Ansi Aqollinin yer alacağını yazıblar. Onların önündə Qara Qarayev çıxış edəcək. Mərkəz xətdə bir qədər irəlidə Riçard Almeyda və Miçel, cinahlarda isə Mahir Mədətovla Dani Kintana oynayacaq. Hücumun sivri ucunda isə Dino Ndlovu yerini tutacaq.

 

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” matçı saat 21:00-da start götürəcək.

 

0