[b]İbrahim Şehiç üçün il başa çatdı[/b]
22.11.2017 - 12:48
[b]İbrahim Şehiç üçün il başa çatdı[/b]

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, toplantıda Premyer Liqanın XII turunda baş verən neqativ hallar hüquqi qiymətini alıb.

 

“Qarabağ” – “Sumqayıt” matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 30-ci dəqiqəsində “Qarabağ”ın qapıçısı İbrahim Sehiç aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, Ağdam klubu isə 2400 manat cərimə olunub. Bu isə o deməkdi ki, bosniyalı qolkiper ölkə çempionatının bu il keçiriləcək son 2 turunda meydana çıxmayacaq.

 

“Kəpəz” – “Səbail” matçında hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 800 manat cərimə olunub. Oyunun 5-ci dəqiqəsində “Kəpəz”in müdafiəçisi Dedimar Ferreyra aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, Gəncə təmsilçisinə isə 2400 manat cərimə kəsilib.

0