[b]“Atletiko” “Roma”nı yenə məğlub etdi[/b]
22.11.2017 - 18:51
[b]“Atletiko” “Roma”nı yenə məğlub etdi[/b]

Gənclər Liqasında “Qarabağ”ın yer aldığı C qrupunda V tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, “Qarabağ” – “Çelsi” qarşılaşmasından sonra “Atletiko” ilə “Roma”nın gəncləri İspaniyada üz-üzə gəliblər.

 

“Qarabağ” üzərində qələbə qazanan (3:1) “Çelsi”nin ardından “Atletiko” da ilk iki pillədən birini təmin etmək şansı yaxalamışdı. Bunun üçün sentyabrda rəqibini İtaliyada məğlub edən (2:1) madridlilər eyni nəticəni öz meydanlarında da təkrarlamalı idilər. “Atletiko” bu dəfə də “Roma”dan 3 xal almağı bacarıb və “Çelsi” ilə aradakı 3 xallıq fərqi qoruyub.

 

Dekabrın 5-də isə İngiltərə və İspaniya təmsilçiləri öz aralarında qrup liderini müəyyənləşdirəcəklər. Bu komandaların ilk görüşündə “Çelsi” 3:1 hesablı qələbə qazanıb.

 

 

UEFA Gənclər Liqası

C qrupu, V tur

22 noyabr

 

“Atletiko” – “Roma” – 2:1

Qollar: Covanni Navarro, 15, 70 – Rikkardo Kappa, 75

 

1

Çelsi

5

4

0

1

13-5

12

2

Atletiko

5

3

0

2

10-7

9

3

Roma

5

2

0

3

8-6

6

4

Qarabağ

5

1

0

4

3-16

3

 

0