[b]“Qarabağ” azarkeşlərindən nəhəng xareoqrafiya[/b]
22.11.2017 - 21:01
[b]“Qarabağ” azarkeşlərindən nəhəng xareoqrafiya[/b]

Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Çelsi” matçında nəhəng xoreoqrafiya açılıb. Apasport.az saytının məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada açılan xoreoqrafiyada böyük hərflərlə Qarabağ və Azərbaycan sözləri yazılıb.

 

Bunu mərkəzi tribunada oturmuş azarkeşlərə verilən kartlar vasitəsilə ediblər.

 

Bundan başqa, klub rəhbərliyi ingiliscə mesaj verməyi də unutmayıb. Belə ki, xoreoqrafiyada “Far away from home but where you belong” sözləri yazılıb. Yəni, “Evdən uzaq, amma aid olduğun yer”.

 

Bu cümlə ilə də dünyaya Ağdamın işğal altına olması, bu səbəbdən “Qarabağ”ın doğma yurdundan didərgin düşməsi mesajı verilib.

 

Xoreoqrafiyanın fotosunu təqdim edirik.

 

0