SİZİN REKLAM BURADA

"Qırmızı vərəqə Rəşada yox, hakimin özünə düşür"

Çempionlar Liqasının qrup mərhələsinin V turunda evdə “Çelsi” ilə qarşılaşan “Qarabağ” 0:4 hesablı məğlubiyyətə üzlülüb. Apasport.az saytının məlumatına görə, görüşün nəticəsi ilə bərabər hakimin qərarları da geniş müzakirələrə səbəb olub.

 

Xüsusilə, matçın 18-ci dəqiqəsində çempionumuzun qapısı ağzında Rəşad Sadıqovla Villianın mübarizəsi zamanı şübhəli penalti qərarı verən və kapitanı meydandan qovan Manuel De Souzanın hərəkəti birmənalı qarşılanmayıb.

 

Portuqaliyalı hakimin qərarı keçmiş FİFA referisi Tahir Süleymanovun də qəzəbinə səbəb olub. Azərbaycanlı keçmiş hakim feysbuk səhifəsindən verdiyi açıqlamada “qırmızı”nın Rəşada deyil, hakimin özünə verilməli olduğunu deyib: “Portuqaliyalı, sən Çempionlar Liqası deyil, heç həvəskar səviyyəsinə də layiq hakim deyilsən. Bu idarəçiliyə görə qırmızı vərəqə sənin özünə düşür!!!”

 

Qeyd edək ki, oyunun 71-ci dəqiqəsində hakim komandamızın qapısına daha bir penalti təyin edib. 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10