[b]20, 50, 70, 110[/b]
23.11.2017 - 00:15
[b]20, 50, 70, 110[/b]

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin V turunun “Çelsi” ilə ev oyununda buraxdığı qollardan üçü yubiley kimi yadda qalıb. Apasport.az saytının məlumatına görə, İngiltərə çempionunun ikinci qolunu vuran Villian təmsilçilərimizin avrokubokların əsas mərhələsində buraxdığı 70-ci topun müəllifi olub.

 

Avropa Liqası və Çempionlar Liqasının qrupunda baş tutan üst-üstə 41-ci oyunun sonunadək bu rəqəm 72-yə çatıb.

 

“Çelsi”nin 4:0 hesablı qələbəsinə 3-cü qolla töhfə verən Sesk Fabreqasın topu isə Çempionlar Liqasında 90-cı olub. Azərbaycan klubları qitənin ən nüfuzlu klub turnirində artıq 91 qol buraxıb.

 

Bu qollardan 22-si “Qarabağ”ın payına düşür. Villianın müəllifi ikinci top həm də Ağdam klubunun Çempionlar Liqasında buraxdığı 20-ci qoldu.

 

Əslində, Villianın həmin – 37-ci dəqiqədəki qolu dördqat yubiley xarakteri daşıyıb. Bu, “Qarabağ”ın avrokuboklarda əsas vaxtda buraxdığı 110-cu qoldu. Söhbət əlavə vaxtda buraxılan qollar sayılmadan hesablamadan gedir. Bu top həm də ilk 45 dəqiqədə buraxılan 50-ci qoldu.

 

Qarşılaşmada sonuncu qol da əlamətdar olub. Villianın dublunu rəsmiləşdirməsi ilə “Qarabağ”ın avrokuboklarda öz meydanında buraxdığı topların sayı 40-a çatıb.

0