SİZİN REKLAM BURADA

Rəşad Sadıqov penalti haqda: Bir az tutub, buraxdım

Çempionolar Liqasının qrup mərhələsinin V turunda “Çelsi”ini qəbul edən “Qarabağ”ın kapitanı Rəşad Sadıqov oyunu sona qədər davam etdirə bilmədi. Görüşün 18-ci dəqiqəsində hakimin mübahisəli qərarı ilə qırmızı vərəqə ilə qarşılaşmanı tərk edən kapitan görüş başa çatdıqdan sonra apasport.az saytının əməkdaşının da suallarını cavabıandırıb.

 

- Matç haqqında nə deyə bilərsiz?

- Oyunu iki hissəyə bölmək olar. Qırmızı vərəqəyə qədər və ondan sonra. Həmin epizoda qədər hər şey nəzarətimizdə idi, ancaq bir anda hər şey pozuldu.

 

- Hakimə həmin vaxt nə dedin?

- Dedim ki, penalti verirsən, heç olmasa, “qırmızı” vermə.

 

- Razılaşmaq olar həmin qərarla?

- Mən qərarları anlaya bilmirəm. Həm deyirlər ki, penalti verirsənsə, “qırmızı” vermə, həm də deyirlər ki, son ümid folu olduğu üçün "qırmızı" idi. İkimiz də topa getdik, bir az tutub, buraxdım. Penalti deyək ki, var idi, qırmızı vərəqə çox ağır qərar idi, məncə. Qaranın epizodnunda da çox asan penalti verdi. Elə penalti olur? Onda gərək bütün oyun ancaq cərimə zərbəsi olsun.

 

- Etiraf edirsən ki, “Qarabağ” bəxtsiz komandadı?

- Avrokuboklarda hakimlər bizə qarşı çox sərt mövqe tuturlar. Komanda onsuz da məğlub olur, 10 nəfərlə qalmışıq, ikinci penaltini niyə verirsən ki? Hələ belə ayaqüstə verilən penalti görməmişdim.

 

- “Roma” ilə oyun haqqında nə düşünürsən?

- Çətin səfər matçı olacaq. Bu gün qələbə qazanmağı çox istəyirdik. Ancaq alınmadı. Səfərdə də sona qədər mübarizə aparacağıq, əlimizdən gələni edəcəyik.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10