[b]Çempionlar Liqasında belə şey olmamışdı[/b]
23.11.2017 - 10:06
[b]Çempionlar Liqasında belə şey olmamışdı[/b]

İsveçli futbolçu Zlatan İbrahimov Çempionlar Liqasının tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, isveçli qitənin ən nüfuzlu klub turnirində yeni klubla debüt edib.

 

Zlatan “Mançester Yunayted”in heyətində ilk dəfə Çempionlar Liqasında meydana çıxıb ki, İngiltərə təmsilçisi onun formasını geydiyi 7-ci klub olub. O, İsveçrə “Bazel”i ilə görüşdə sonradan meydana daxil olub.

 

Bunadək “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “Milan” və PSJ ilə Çempionlar Liqasına qatılan İbrahimoviç 7 klubla bu həyəcanı yaşayan ilk futbolçudu. Bunadək isveçli Nikola Anelka və Xavyer Saviola ilə şərikli rekorda sahib idi. Sonuncular hərəyə 6 klubun heyətində Çempionlar Liqası həyəcanı yaşayıb.

0