[b]"Qarabağ" - 19 ildən sonra[/b]
23.11.2017 - 11:30
[b]"Qarabağ" - 19 ildən sonra[/b]

19 ildən sonra təkrarlanan antirekord

 

Çempionlar Liqasının qrup mərhələsinin V turunda “Çelsi” ilə qarşılaşan “Qarabağ” özünün avrokuboklardakı antirekordunu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri avrokuboklardakı ən böyükhesablı ev məğlubiyyətini yenidən yaşayıb.

 

İndiyədək Ağdam təmsilçisi 4-dən artıq top fərqi ilə uduzmamışdı. Amma 4 top fərqinə 2-ci dəfə üzülməyimizə səbəb olub.

 

Bir sözlə, klub tarixində 2-ci dəfə avropalı qonaqlar belə böyük qələbəyə seviniblər. 1998-ci ildə qeydə alınan antirekordu “Qarabağ”a “Kopenhagen” darmadağınla yaşatmışdı – 0:4. 19 ildi öz meydanında heç kimə 4 və ya daha çox top fərqilə uduzmayan komanda “Çelsi”yə “boyun əydi”. 

0