[b]Eden Azar: “Qarabağ” o anda hesabı açsaydı...[/b]
23.11.2017 - 12:44
[b]Eden Azar: “Qarabağ” o anda hesabı açsaydı...[/b]

“Lazım olan nəticəni qazandığımız üçün şadam”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Çelsi”nin futbolçusu Eden Azar deyib.

 

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”ın qonağı olan “zadəganlar” 4:0 hesablı qələbə qazanıblar.

 

Britaniya mətbuatına açıqlama verən Azar oyun haqda fikirlərini bildirib. Belçikalı yarımmüdafiəçi qarşılaşmanın əvvəlində “Qarabağ”ın futbolçusu Miçelin fərqlənə bilmədiyi anı yada salıb: “Oyunu ümumilikdə yaxşı keçirdik. İlk hissənin əvvəlində yaşanan epizod istisnadı. Həmin məqamda rəqib futbolçunun zərbəsi tirə dəydi. Bəlkə də, “Qarabağ” o anda hesabı açsaydı, oyun başqa cür keçəcəkdi. Amma rəqib azlıqda qaldıqdan sonra xeyli qol epizodumuz oldu. Bunu nəzərə alsaq, daha çox qol vurmalı idik”.

 

Azar “Qarabağ” üzərindəki qələbədən sonra diqqəti noyabrın 25-də “Liverpul”la keçiriləcək çempionat matçına yönəldəcəklərini qeyd edib: “İndi bizi şənbə günü “Liverpul”la böyük oyun gözləyir. Bu cür futbolçularla eyni komandada çıxış etmək asandı”.

0