[b]Messi Karlosa çatdı[/b]
23.11.2017 - 12:58
[b]Messi Karlosa çatdı[/b]

“Barselona”nın futbolçusu Lionel Messi Braziliya yığmasının sabiq üzvü Roberto Karlosun rekordunu təkrarlayıb. Apasport.az saytı xəbər verir ki, 30 yaşlı oyunçu buna Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin V turu çərçivəsində “Yuventus”la baş tutan matçda (0:0) nail olub.

 

Meydana sonradan daxil olan Messi ÇL-də keçirdiyi görüşlərin sayını 120-yə çatdırıb. Bununla da, o, Madrid “Real”ının formasını geyinmiş Karlosa çatıb.

 

Məsələ burasındadı ki, bu oyuna qədər Çempionlar Liqasında ən çox matçda iştirak etmiş cənubi amerikalı futbolçu məhz Karlos idi. Messi cəmi 2 həftə sonra siyahıda vahid liderə çevrilə bilər.

 

Qeyd edək ki, ilk “beşlik”də Dani Alveş (105 oyun), Xavyer Zanetti (97 oyun) və Xavyer Maskerano (96 oyun) də yer alıb.

0