[b]Özil “Barselona”ya şərt irəli sürdü[/b]
23.11.2017 - 14:51
[b]Özil “Barselona”ya şərt irəli sürdü[/b]

“Barselona”nın maraq dairəsində olan Məsut Özil şərt irəli sürüb. Apasport.az saytı AS nəşrinə istinadən xəbər verir ki, Almaniya yığmasının üzvü Kataloniya klubunda qazanmaq istədiyi məbləği açıqlayıb.

 

Özil “Barsa”ya keçəcəyi təqdirdə, yeni klubunda həftəlik 370 min avro məvacib almaq istədiyini deyib. “Barselona” rəhbərliyinin bu şərtlə razılaşacağı bildirilir.

 

Özilin “Arsenal”la müqaviləsinin müddəti 2018-ci ilin yayına kimidi. Londonlular yeni sözləşmə ilə bağlı Məsutun razılığını ala bilmirlər. Bu səbəbdən onlar 29 yaşlı futbolçunu qışda satmağı planlaşdırırlar. Özilin transfer qiyməti 20 milyon avro civarında dəyərləndirilir.

0