[b]Yığmalarımız rəqiblərini gözləyir[/b]
23.11.2017 - 15:12
[b]Yığmalarımız rəqiblərini gözləyir[/b]

Sabah İsveçrənin Nyon şəhərində püşkatma mərasimlərinin keçirilmə günüdü. Apasport.az saytının məlumatına görə, eyni gündə 4 püşkatma baş tutacaq.

 

Bakı vaxtı ilə saat 12:00-da 17 yaşadək qızlar arasında Avropa çempionatının 2018/19 mövsümünün seçmə mərhələsinin qrupları müəyyənləşəcək. Püşkatma zamanı Azərbaycan millisi C səbətində yer alacaq.

 

Saat 13:00-da 19 yaşadək qızlar arasında Avropa çempionatının 2018/19 mövsümünün seçmə mərhələsinin qrupları məlum olacaq. 48 komanda 12 qrupa bölünəcək. Azərbaycan yığması püşkatmaya C səbətindən qatılacaq.

 

Saat 14:00-da 19 yaşadək qızlar arasında Avropa çempionatının 2017/18 mövsümünün elit-raundunun qrupları bilinəcək. 28 komanda 4 qrupa bölünəcək. Azərbaycan yığması püşköncəsi D səbətində yer alıb.

 

Saat 14:45-də 17 yaşadək qızların 2017/18 mövsümü üçün qitə çempionatının elit-raundunda çıxış edəcək 28 komanda rəqiblərini tanıyacaq. 7 qrupa bölünəcək yığmalar artıq səbətlərini də bilir. Azərbaycan millisi D səbətində qərarlaşıb.

 

0