[b]Cüdoçular paytaxtın ən güclüsünü seçir[/b]
23.11.2017 - 15:20
[b]Cüdoçular paytaxtın ən güclüsünü seçir[/b]

Bu gün “Sərhədçi” İdman Olimpiya Mərkəzində kişilər və qadınlar arasında Bakı çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, 2 gün davam edəcək paytaxt birinciliyində 24 klubdan 219 kişi və 23 qadın cüdoçu medallar uğrunda mübarizə aparacaq. 

 

Yarışın ilk günü qadınlarda bütün çəki dərəcələrində (48 kq, 52 kq, 57 kq, 63 kq, 70 kq, 78 kq və +78 kq) qaliblər müəyyənləşəcək. 

 

Kişilərin mübarizəsində isə 60 kq və 66 kq çəki dərəcələrində yarışan cüdoçular medallar uğrunda mübarizə aparırlar. 

 

Qeyd edək ki, ilk gün ümumilikdə 121 cüdoçu (98 kişi və 23 qadın) tatami üzərinə çıxır. Azərbaycan Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman baş idarəsinin təşkilatçılığı ilə keçirilən paytaxt çempionatına sabah yekun vurulacaq.

 

0