[b]ÇL: Turun ən yaxşı qoluna 5 iddiaçı[/b]
23.11.2017 - 15:28
[b]ÇL: Turun ən yaxşı qoluna 5 iddiaçı[/b]

Çempionlar Liqasının qrup mərhələsinin V turunun ən yaxşı qoluna namizədlər açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA beş qolu digərlərindən fərqləndirib.

 

Bu qollardan biri “Qarabağ”ın rəqibləri “Atletiko” və “Roma”nın oyununda vurulub. Qrizmannın italiyalıların qapısından keçirdiyi top 5 ən yaxşıdan biridi.

 

İnsinyenin (“Napoli”) “Şaxtyor”un, Alvesin (PSJ) “Seltik”in, Sonun (“Tottenhem”) “Borussiya”nın, Modriçin (“Real”) APOEL-in qapısına vurduğu toplar da ən yaxşı adına iddiaçılardandı.

 

Qeyd edək ki, turun ən yaxşı qolu azarkeşlər arasında səsvermə ilə müəyyənləşir.

0