Azərbaycan atleti Almaniyada təşkil olunan lisenziya xarakterli turnirdə xoşagəlməz vəziyyətlə üzləşib
06.05.2008 - 17:07
Azərbaycan atleti Almaniyada təşkil olunan lisenziya xarakterli turnirdə xoşagəlməz vəziyyətlə üzləşib
Bakı. Kənan Həsənov - APA-Sport. Almaniyanın Düsseldorf şəhərində atletikanın marafon növü üzrə lisenziya xarakterli beynəlxalq turnir keçirilib. “APA-Sport” agentliyinin Azərbaycan Atletika Federasiyasının icraçı direktoru Kamal Əhmədova istinadən verdiyi məlumata görə, bu nüfuzlu yarışda ölkəmizi Gülnarə Məmmədova təmsil edib. Türkiyə milli komandasının heyətində hazırlıq keçən atletimiz uğurlu start götürsə də, mübarizəni sonadək davam etdirə bilməyib. Həmyerlimizin finiş xəttini keçməsinə bel nahiyəsindən zədə alması maneçilik törədib. Almaniyada xoşagəlməz vəziyyətlə üzləşən G.Məmmədova mayın 18-də Latviyanın paytaxtı Riqada başlanacaq növbəti analoji turnirdə də qüvvəsini sınayacaq.
Qeyd edək ki, indiyədək yalnız iki atletimiz - Ruslan Abbasov (100 m) və Ramil Quliyev (200 m) Pekin Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.
0