[b]“Qarabağ”ı məyus edən futbolçu “Top-8”də[/b]
23.11.2017 - 15:35
[b]“Qarabağ”ı məyus edən futbolçu “Top-8”də[/b]

Çempionlar Liqasının qrup mərhələsinin V turunun ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA azarkeşlərin səsverməsi üçün 8 iddiaçını müəyyənləşdirib.

 

Bu “Top-8”də “Qarabağ” – “Çelsi” qarşılaşmasında (0:4) hesabı açan Eden Azar da yer alıb.

 

Neymar (PSJ), Robert Levandovski (“Bavariya”), Kriştianu Ronaldo (“Real”), Yannik Karrasko (“Atletiko”), Timo Verner (“Leyspsiq”), Hari Keyn (“Tottenhem”) və Lorenso İnsinye (“Napoli”) də turun futbolçusu adını qazanmağa namizəddi.

0