[b]Ukraynalı məşqçiyə Azərbaycandan təklif[/b]
23.11.2017 - 16:39
[b]Ukraynalı məşqçiyə Azərbaycandan təklif[/b]

Qazaxıstanın “Taraz” klubunun baş məşqçisi Yuri Maksimov karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytı “Footboom”a istinadən xəbər verir ki, ukraynalı çalışdırıcı ölkəmizdən təklif alıb.

 

Onunla maraqlanan klubun adı isə açıqlanmayıb.

 

Maksimovun danışıq aparmaq üçün hazırda Azərbaycanda olduğu bildirilir.

 

Futbolçu karyerası ərzində Kiyev “Dinamo”su və “Verder” kimi tanınmış klubların formasını geyinmiş Yuri Maksimov 2005-ci ildən məşqçiliyə start verib. 49 yaşlı mütəxəssis “Taraz”dan əvvəl Minsk “Dinamo”su, Kiyev MOİK-i, “Obolon”, “Krivbas”, “Metallurq” və “Mordoviya” klublarını çalışdırıb.

 

0