[b]“Hələ son deyil” – Qrizmann[/b]
23.11.2017 - 16:55
[b]“Hələ son deyil” – Qrizmann[/b]

“Bugünkü matçda qələbə qazanmaq bizim üçün vacib idi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Atletiko”nun hücumçusu Antuan Qrizmann deyib.

 

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan Madrid təmsilçisi V tur çərçivəsində “Roma”nı qəbul edib. 2:0 hesablı qələbəyə sevinən “Atletiko” qrupdan çıxmaq şansını son tura saxlayıb.

 

Dekabrda 5-də Londonda “Çelsi”nin qonağı olacaq ispanlar aktivlərinə 3 xal yazmaqla yanaşı, “Qarabağ”ın İtaliyada “Roma”dan xal almasına ümid etməlidilər. İspan mətbuatına açıqlama verən Qrizmann təslim olmayacaqlarını bildirib: “Necə olacağına baxacağıq. “Çelsi” ilə görüş böyük oyun olacaq. Londona qələbə dalınca yollanacağıq. Qalibiyyətin ardını orda gətirməliyik. Hələ son deyil”.

 

Qeyd edək ki, 5 turdan sonra 6 xal toplayan “Atletiko” qrupda 3-cü pillədə qərarlaşıb. Lider “Çelsi”nin 10, ikinci yerin sahibi “Roma”nın 8, “Qarabağ”ın isə 2 xalı var. 

0