[b]“Qarabağ”ı mütləq məğlub etməliyik” – Maksim Qonalon[/b]
23.11.2017 - 17:13
[b]“Qarabağ”ı mütləq məğlub etməliyik” – Maksim Qonalon[/b]

“Çox ağır oyundan çıxdıq. “Atletiko” ilə matç derbiyə bərabər idi. Bunu nəzərə almaq lazımdı”. Apasport.az saytının məlumatına görə, bunu “Roma”nın yarımmüdafiəçisi Maksim Qonalon deyib.

 

Çempionlar Liqasının (ÇL) V turunda “Atletiko”ya səfərdə məğlub olan (0:2) İtaliya təmsilçisi qrupda ikinci pilləyə düşüb və 1/8 final şansını son görüşə saxlayıb. Gələn ay “Qarabağ”ı qəbul edəcək “canavarlar”ın büdrəməsi komandanı ÇL-dən kənarda saxlaya bilər.

 

İtaliya mətbuatına danışan Qonalon “Qarabağ”la matçla bağlı hədəflərindən söz açıb. Fransa millisinin üzvü qələbədən başqa yollarının olmadığını vurğulayıb: “Son turda “Qarabağ”ı qəbul edəcəyik. Onları mütləq məğlub etməliyik. Futbolda bəzi şeylər var ki, qəbul edilmir. Bizim taleyimiz öz ayağımızdadı. “Qarabağ”a doğma azarkeşlərimizin dəstəyi altında qalib gəlib, Çempionlar Liqasında yolumuza davam etməliyik”.

 

Qeyd edək ki, “Roma” – “Qarabağ” oyunu dekabrın 5-də keçiriləcək.

0