[b]“Mançester Yunayted”in futbolçusuna PSJ-dən təklif[/b]
23.11.2017 - 18:52
[b]“Mançester Yunayted”in futbolçusuna PSJ-dən təklif[/b]

“Mançester Yunayted”in yarımmüdafiəçisi Maruan Fellaini karyerasını Fransada davam etdirə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, belçikalı futbolçu PSJ-nin maraq dairəsindədi.

 

“Qırmızı şeytanlar”la müqavilə müddəti mövsümün sonuna qədər olan oyunçu yanvar ayından etibarən istənilən klubla danışıq apara və mövsümün sonu üçün anlaşa bilər. Bundan yararlanmaq istəyən Fransa təmsilçisi Fellaini ilə indidən danışıqlara başlayıb. PSJ 30 yaşlı orta sahə oyunçusuna 4 illik müqavilə təklif edib.

 

Qeyd edək ki, Maruan Fellaini “Mançester Yunayted”ə 2013-cü ildə “Everton”dan keçib.

0