[b]“Bavariya”nın saxta pullara görə “başı ağrıyacaq”[/b]
23.11.2017 - 20:24
[b]“Bavariya”nın saxta pullara görə “başı ağrıyacaq”[/b]

UEFA “Bavariya”ya qarşı intizam işi qaldırıb. Apasport.az saytının məlumatına görə, buna Münhen klubunun azarkeşlərinin davranışları səbəb olub.

 

Belə ki, Çempionlar Liqasının V turunun “Anderlext”ə qarşı səfər oyununda alman fanatlar meydana saxta pullar atıblar. Buna səbəb isə Belçika klubunun onlar üçün biletləri olduqca baha qiymətə satmasıdır.

 

Qeyd edək ki, həmin oyunda qonaq azarkeşlər üçün biletlər 100 avroya satılıb. 

0