[b]Robert Prosineçkinin gedəcəyi gün bəlli oldu: Yeni iş yeri hara olacaq?[/b]
23.11.2017 - 20:55
[b]Robert Prosineçkinin gedəcəyi gün bəlli oldu: Yeni iş yeri hara olacaq?[/b]

Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, xorvatiyalı mütəxəssis bu barədə özü Anadolu Agentliyinə açıqlama verib.

 

O, bildirib ki, artıq Azərbaycandakı işi sona çatıb və sabah ölkəmizi tərk edəcək. Vətəninə yollanacaq Prosineçki bundan sonra Bosniya və Hersoqovina millisi ilə danışıqlara başlayacaq.

 

DÇ-2018-ə yollanmaq hədəfinə çata bilməyən bosniyalılar Mehmed Bazdareviçi istefaya yollayıblar. Boş qalan posta isə xorvatiyalı namizəd göstərilib.

 

“Bosniya Federasiyasının rəsmiləri ilə görüşməkdən məmnun olacam. Gələn həftə Saraybosna görüşüb təklifi müzakirə edəcəyik. Anlaşmamız üçün heç bir əngəl qalmayıb” – deyə o, bildirib.

 

Qeyd edək ki, milli komandamızla müqavilə müddəti başa çatdıqdan sonra onunla əməkdaşlıq davam etdirilməmiş, əvəzində Qurban Qurbanov yığmaya baş məşqçi təyin olunmuşdu. 

0