[b]Arsen Vengerdən xanım jurnalistə: Siz xəstəsiniz[/b]
24.11.2017 - 00:37
[b]Arsen Vengerdən xanım jurnalistə: Siz xəstəsiniz[/b]

İngilis jurnalist Reşmin Çoudxuri tvitter səhifəsindən maraqlı paylaşıb edib. Apasport.az saytının məlumatına görə, “BT Sport”un xanım əməkdaşı “Arsenal”ın baş məşqçisi Arsen Vengerlə müsahibəsindən dialoqu yayımlayıb.

 

Jurnalist 68 yaşlı fransıza komandasının əzəli rəqibi “Tottenhem”in azarkeşi olduğunu deyib, Vengerin cavabı isə təəccübə səbəb olub.

 

- Yeri gəlmişkən, mən “Tottenhem” azarkeşiyəm.

- Doğrudan? Yəqin ki, siz xəstəsiniz.

- Sizinlə razılaşa bilmərəm, Arsen. Mən çox sağlamam.

- Onda yəqin daxili xəstəlikdi.

 

Qeyd edək ki, Premyer Liqanın XII turunda Şimali London derbisində üz-üzə gələn rəqiblərin duelində “Arsenal” 2:0 hesablı qələbəyə sevinib.

0