[b]Məşhur argentinalı qovuldu[/b]
24.11.2017 - 01:33
[b]Məşhur argentinalı qovuldu[/b]

Fransanın “Lill” klubu baş məşqçi Marselo Byelsa ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, bu barədə klubun mətbuat xidməti xəbər yayıb.

 

İstefaya argentinalı mütəxəssisin rəhbərliyi altında komandanın uğursuz çıxış etməsi səbəb olub.

 

“Lill” Fransa çempionatında geridə qalan 13 turda cəmi 3 qələbə qazanıb, 3 heç-heçəyə nail olub. Meydanı 7 dəfə məğlub tərk edən komanda hazırda 12 xalla 20 iştirakçı arasında 19-cu pillədə qərarlaşıb. Böyük ümidlərlə gətirilən 62 yaşlı mütəxəssisin bu cür uğursuz nəticələrə imza atması onun qovulması ilə nəticələnib.

 

Qeyd edək ki, Liqa 1 təmsilçisinin bu yay baş məşqçi postuna gətirdiyi Byelsa ilə 2 illik müqaviləsi var idi.

 

0