[b]“Qarabağ”dan bizi sevindirən nəticə gözləyəcəyik” – Koke[/b]
24.11.2017 - 11:21
[b]“Qarabağ”dan bizi sevindirən nəticə gözləyəcəyik” –  Koke[/b]

“Biz hər zaman inanırıq. Şüarımız da budu ki, heç vaxt inanmaqdan vaz keçmə”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Atletiko”nun vitse-kapitanı Kokeyə məxsusdu.

 

Çempionlar Liqasının V turunda “Roma”ya qalib gələn (2:0) Madrid təmsilçisi növbəti mərhələ şansını davam etdirir. İspaniya nəhəngi ÇL-də yoluna davam etmək üçün son görüşdə “Çelsi”yə səfərdə qalib gəlməli və “Qarabağ”ın “Roma”nı İtaliyada büdrətməsini gözləməlidi.

 

Maraqlıdı ki, Koke buna inanır. 25 yaşlı yarımmüdafiəçi az olsa da, bu ehtimalın reallaşmasına ümid etdiklərini bildirib: “Əgər bir şans varsa, sona qədər mübarizə aparmaq lazımdı. Londona mütləq qələbə qazanmaq üçün yollanacağıq. “Qarabağ”ın da Romada bizi sevindirən nəticə qazanmasını gözləyəcəyik. Əlbəttə ki, bunun çox çətin olduğunu başa düşürük. Həmçinin çətin olsa da, Romadakı görüşü düşünməməli və yalnız öz matçımıza köklənməliyik. Ağır matçda 3 xal barədə düşünəcəyik. “Çelsi” möhtəşəm komandadı və gözəl futbol sərgiləyir. Azarkeşlər gözəl oyuna və ümid edirəm ki, “Atletiko”nun qələbəsinə şahidlik edəcəklər”.

 

Qeyd edək ki, hazırda “Çelsi” 10 xalla C qrupuna liderlik edirsə, “Roma” 8, “Atletiko” 6, “Qarabağ” isə 2 xala malikdi. Son turun görüşləri dekabrın 5-də keçiriləcək.

0