[b]Poçettino Bakı səfərindən gileylənən Konte haqda: Hələ indi hiss edir[/b]
24.11.2017 - 11:58
[b]Poçettino Bakı səfərindən gileylənən Konte haqda: Hələ indi hiss edir[/b]

“Konte cari mövsümü ötən mövsümün bir hissəsi kimi görürdü. Çünki həmin vaxt onlar avrokuboklarda iştirak etmirdilər və Premyer Liqada işləri yolunda gedirdi”. Apasport.az saytının məlumatına görə, bunu “Tottenhem”in baş məşqçisi Mauritsio Poçettino deyib.

 

“Çelsi”nin baş məşqçisi Antonio Konte Çempionlar Liqasında “Qarabağ”la (4:0) Bakıda keçirilən oyundan əvvəl Premyer Liqada “Liverpul”la vacib qarşılaşma ərəfəsində uzun yol qət etmələrindən gileylənmişdi. İtaliyalı mütəxəssis təqvimin sıxlığı ucbatından növbəti oyuna hazırlaşa bilmədiklərini vurğulamışdı.

 

Həmkarının fikrinə münasibət bildirən Poçettino ona öz məsləhətini də verib: “Həmkarım təqvimin sıxlığını hələ indi hiss edir. Çempionlar Liqası və ya Avropa Liqasında çıxış edirsinizsə, işiniz çətindi. “Arsenal” kimi, Avropa Liqasına yollansan, orda başqa, Premyer Liqada başqa heyətlə mübarizə apara bilərsən. Yox, əgər Çempionlar Liqası və ya Avropa Liqası ilə birlikdə Premyer Liqanı da qazanmağı hədəfləyirsinizsə, o zaman komandanı düzgün idarə etməli və yerində dəyişikliklərə əl atmalısınız”.

 

Qeyd edək ki, “Çelsi” Premyer Liqanın XIII turunda sabah “Liverpul”un qonağı olacaq.

0