[b]“Real” “Milan”ın kapitanını istəyir[/b]
24.11.2017 - 17:29
[b]“Real” “Milan”ın kapitanını istəyir[/b]

“Milan”ın mərkəz müdafiəçisi Leonardo Bonuççi karyerasını İspaniyada davam etdirə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, İtaliya millisinin üzvü “Real”ın maraq dairəsindədi.

 

Yay fasiləsində “Yuventus”dan 40 milyon avro müqabilində “Milan”a keçən 30 yaşlı oyunçu üçün “kral klubu” qarşı tərəflə danışıqlara başlayıb. İspanlar onu qış fasiləsində heyətə cəlb etmək niyyətindədilər. Futbolçu özü də keçidin əleyhinə deyil. “Rossonyerlər” isə kapitanı 40 milyon avrodan ucuz qiymətə satmağı düşünmür.

 

Qeyd edək ki, Leonardo Bonuççi 7 il “Yuventus”un formasını geyindikdən sonra yayda “Milan”a üz tutub.

0