[b]UEFA AFFA-nın layihəsini təsdiq etdi[/b]
24.11.2017 - 17:47
[b]UEFA AFFA-nın layihəsini təsdiq etdi[/b]

AFFA-nın irəli sürdüyü layihə UEFA-nın Uşaq Fondu (UEFA Children Foundation) tərəfindən təsdiq olunub. Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, “Brave Hearts” (Cəsur ürəklər) adlı layihəyə əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mini-turnir keçiriləcək.

 

Belə ki, Cocuq Mərcanlıda 3 gün ərzində fərdi inkişaf treninqləri, futbol turniri, müxtəlif əyləncələr təşkil olunacaq, 3 ayda bir dəfə olmaq şərtilə mini-turnir keçiriləcək.

 

Layihə çərçivəsində kəndin sakinlərinə idman ləvazimatları təqdim olunacaq. 

0