[b]Qurban Qurbanov qızıl medal qazandı - FOTOSESSİYA[/b]
24.11.2017 - 18:07
[b]Qurban Qurbanov qızıl medal qazandı - FOTOSESSİYA[/b]

“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən kişilər və qadınlar arasında cüdo üzrə Bakı çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, iki gün davam edən yarışın sonuncu günündə kişi cüdoçular arasında 5 çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gəlib.

 

Azərbaycan Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman baş idarəsinin təşkilatçılığı ilə keçirilən turnirdə Kərim Abdullayev (73 kq), İsmayıl Piriyev (81 kq), Qurban Qurbanov (90 kq), Cəfər Əkbərli (100 kq) və Camal Feyziyev (+100 kq) çempion olublar.

 

Paytaxt çempionatının qalib və mükafatçılarına medallar, diplomlar təqdim olunub. Yarışda yaxşı nəticə göstərən cüdoçular gələn ay keçiriləcək Azərbaycan çempionatında mübarizə aparacaqlar.

 

Qeyd edək ki, Bakı çempionatında 24 klubdan 219 kişi və 23 qadın cüdoçu medallar uğrunda mübarizə aparıb.

 

0