[b]Messi Ronaldoya çatdı[/b]
24.11.2017 - 18:24
[b]Messi Ronaldoya çatdı[/b]

“Barselona”nın argentinalı hücumçusu Lionel Messi növbəti mükafatına qovuşub. Apasport.az saytının məlumatına görə, cənubi amerikalı karyerasında 4-cü dəfə “Qızıl buts”a sahib olub.

 

Messinin bu mükafatı qazanacağı 6 ay əvvəl rəsmiləşsə də, yalnız indi təqdim olunub. “Qızıl buts”u ona komanda yoldaşı Luis Suares təqdim edib.

 

2016/2017 mövsümündə La Liqanın 34 oyununda 37 top vuran hücumçu 74 xal toplayıb. O, 2010, 2012 və 2013-cü illərdə də “Qızıl buts”a sahib olan argentinalı 4-cü dəfə bu mükafatı qazanmaqla, rekordçu Kriştianu Ronaldoya çatıb. 

0