[b]“Çelsi”yə qarşı oynamayacaq[/b] - FOTO
24.11.2017 - 19:49
[b]“Çelsi”yə qarşı oynamayacaq[/b] - FOTO

“Liverpul” ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, İngiltərə Premyer Liqasının XIII turunda “Çelsi” ilə qarşılaşacaq mersisaydlılar Əmrə Canın xidmətindən məhrum ola bilərlər.

 

Bu barədə komandanın baş məşqçisi Yürgen Klopp açıqlama verib. O, bildirib ki, türk əsilli almaniyalı oyunçunun sabah baş tutacaq oyunda meydana çıxması şübhə altındadı. Buna səbəb Əmrənin əzələsində yaranmış problemdir.

 

Qeyd edək ki, cari mövsüm Premyer Liqada 10 oyunda meydana çıxan 23 yaşlı yarımmüdafiəçi 2 məhsuldar ötürmə ilə yadda qalıb. 

0