Azərbaycan yığması sabah Avropa çempionatının təsnifat mərhələsi çərçivəsində Albaniya ilə qarşılaşacaq
07.05.2008 - 10:24
Azərbaycan yığması sabah Avropa çempionatının təsnifat mərhələsi çərçivəsində Albaniya ilə qarşılaşacaq
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın voleybol üzrə kişilərdən ibarət milli komandası Albaniyaya yollanıb. “APA-Sport” agentliyinin məlumatına görə, Nazim Allahverdiyevin rəhbərlik etdiyi yığmamız sabah Avropa çempionatının təsnifat mərhələsi çərçivəsində meydan sahibləri ilə qarşılaşacaq. Bakı vaxtı ilə 21:00-da başlanacaq oyunu Sotirios Delikostidislə İoannis Amasiadis (hər ikisi Yunanıstan) idarə edəcək. Cavab görüşü isə mayın 11-də Quba Olimpiya Kompleksində baş tutacaq. Bu qarşılaşmada ədaləti Mehmet Dəmirdələn/Əli Bagdə, türkiyəli hakimlər dueti qoruyacaqlar.
Qeyd edək ki, cütün qalibi Hollandiya, Latviya və Sloveniya yığmalarının yer aldığı B qrupunda mübarizə aparmaq hüququ qazanacaq.
0