[b]“Neftçi” “Qarabağ”dan xal alsa...[/b]
27.11.2017 - 10:21
[b]“Neftçi” “Qarabağ”dan xal alsa...[/b]

Azərbaycan Premyer Liqasında qış çempionu adına iki namizəd qalıb. Apasport.az saytının məlumatına görə, çempionatın ilk yarısının ən yaxşısı uğrunda “Qarabağ”la “Qəbələ” mübarizə aparacaq.

 

2017-ci ili lider kimi başa vuracaq komanda son turda müəyyənləşə bilər. Lakin qış çempionunun ilin son turunda da bəlli olmamağı da mümkündü.

 

Çünki ilə dekabrın 1-3-də baş tutacaq XIV turla yekun vurulmayacaq. Ayın 8-də təxirə salınmış matç baş tutmalıdı ki, qış fasiləsinə zirvədə yollanacaq komandanın adına həmin görüş də aydınlıq gətirə bilər.

 

Hazırda 31 xalı və ehtiyatda 1 oyunu olan “Qarabağ” turnir cədvəlinə başçılıq edir. Qurban Qurbanovun yetirmələrini yalnız “Qəbələ” arxada qoya bilər. Amma sonuncuların bunu bacarması möcüzə sayılmalıdı.

 

Ağdam klubu qış çempionluğunu artıq həftəsonu da rəsmiləşdirə bilər. “Qarabağ” “Neftçi” ilə ev matçında uduzmasa, digər oyunların nəticəsindən asılı olmayaraq, ili lider kimi başa vuracaq.

 

“Neftçi”nin səfərdə qalib gəlməsi isə “Qəbələ” üçün şans yaradacaq. Bu oyundan iki gün sonra “Keşlə”ni qəbul edəcək Roman Qriqorçukun yetirmələri xal hesablarını bərabərləşdirməyə imkan qazanacaq.

 

Amma qış çempionluğu təxirə düşsə də, “Qarabağ” dekabrın 8-də bu ada yiyələnə bilər. Ağdam klubunun “Səbail”lə səfər matçında xalsız ayrılması heç inandırıcı görünmür. İki oyunda bir xal qazanmalı olan Qurbanovun komandasının bu vəzifənin öhdəsindən gələ bilməməyi ümumiyyətlə real deyil.

 

Bir sözlə, “Qarabağ”ın ili növbəti dəfə 1-ci sırada tamamlamamağı üçün həm “Neftçi”, həm “Səbail”ə uduzması lazımdı. Qış çempionluğu baxımından bu iki oyun qədər önəmli olan “Qəbələ” – “Keşlə” matçında da meydan sahibləri 3 xala yiyələnməlidi.

 

Hətta bu üç nəticə də “qırmızı-qaralar”ın zirvəyə qalxması üçün yetərli olmaya bilər. Çünki “Qarabağ” iki dəfə uduzsa, “Qəbələ” qalib gəlsə, təkcə xal hesabında deyil, şəxsi oyun və qələbə sayında da tarazlıq olacaq və top fərqi həlledici xarakter daşıyacaq.

 

Hazırda “Qarabağ” da bu rəqəm 16-ya, “Qəbələ”də 11-ə bərabərdi. Sonuncular əsas rəqibinin minimal fərqli məğlubiyyətlərinə ümid etsə, özləri yenə böyükhesablı qələbə qazanmalıdı.

 

0