[b]Yığmamızın hücumçusu Rusiyada bombardirlər sırasında ilk “beşlik”də[/b]
27.11.2017 - 14:51
[b]Yığmamızın hücumçusu Rusiyada bombardirlər sırasında ilk “beşlik”də[/b]

Qadın voleybolçular arasında Rusiya Superliqasında VII turun yekununa əsasən statistik göstəricilər açıqlanıb. Apasport.az saytının məlumatına görə, çempionatın ən yaxşı bombardirləri sırasında Azərbaycan millisinin hücumçusu Natalya Məmmədova da yer alıb.

 

Kazan “Dinamo”sunun şərəfini qoruyan təmsilçimiz 7 matçın 22 setində 108 xal toplamaqla, siyahıda 5-ci yerdə qərarlaşıb. Birinci pillənin sahibi isə Natalya Qonçarovadı. Məmmədovadan 1 hissə çox oynayan Moskva “Dinamo”sunun hücumçusu 146 dəfə dəqiq olub. 

0