SİZİN REKLAM BURADA

34 klub Tovuza toplaşdı - FOTOSESSİYA

Bu gün Tovuz rayonunda yeniyetmələrin XI respublika oyunları çərçivəsində cüdo yarışlarına start verilib. Apasport.az saytının məlumatına görə, turnirin açılış mərasimində Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin rəsmiləri, tanınmış mütəxəssislər çıxış edərək ölkəmizdə dövlət səviyyəsində idmana göstərilən qayğını xüsusi vurğulayıblar. Natiqlər cüdoçularımızın son vaxtlar beynəlxalq yarışlardakı parlaq qələbələrindən söhbət açıblar.

 

Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda 34 klubdan 131 oğlan və 40 qız cüdoçu medallar uğrunda mübarizə aparır.

 

Yarışın ilk günü qızlarda bütün çəki dərəcələrində (28 kq, 32 kq, 36 kq, 40 kq, 44 kq, 48 kq, 52 kq, 57 kq, 63 kq, +63 kq) qaliblər müəyyənləşəcək. 

 

Oğlanların mübarizəsində isə 34 kq, 38 kq, 42 kq və 46 kq çəki dərəcələrində yarışan cüdoçular arasında qaliblərin adına aydınlıq gələcək. 

 

Qeyd edək ki, ümumilikdə 171 yeniyetmə cüdoçunun mübarizə apardığı yarışa noyabrın 28-də yekun vurulacaq.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-24 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10