[b]Azərbaycan və Kipr çempionları: Hansı mübarizəni dayandıracaq?[/b]
28.11.2017 - 13:57
[b]Azərbaycan və Kipr çempionları: Hansı mübarizəni dayandıracaq?[/b]

Bu gün kişi voleybolçular arasında “Çelenc Cup” turnirinin II təsnifat mərhələsinin cavab oyunları start götürəcək. Apasport.az saytının məlumatına görə, ölkəmizi bu yarışda təmsil edən Azərbaycan çempionu “Lokomotiv” ikinci görüşünə sabah çıxacaq.

 

Fərid Cəlalovun rəhbərlik etdiyi komanda Bakıda 3:0 hesabı ilə məğlub etdiyi Kipr “Apoel”inin qonağı olacaq. Qarşılaşmanın “dəmiryolçular” üçün asan keçəcəyi inandırıcı deyil. Oyun təcrübəsi sarıdan korluq çəkən təmsilçimizin rəqib meydanında ciddi müqavimətlə üzləşəcəyi gözləniləndi. Amma heyətinin əsasını milli üzvləri təşkil edən komandanın mərhələ adlayacağına ümidlər böyükdü. Çünki 3:0 hesablı qələbə böyük üstünlük sayılır. Komandamıza mərhələ adlamaq üçün bu dəfə 2 setdə qələbə də kifayət edəcək. Amma rəqibin “quru hesabla” revanş alacağı da istisna deyil. Hər halda, voleybolçularımız matçı uğursuz keçirsələr belə, cütün taleyinə “qızıl set”də aydınlıq gələcək. Lotereyada isə Bakıda olduğu kimi uğurlu taktika köməyimizə gələ bilər.

 

Kipr çempionunun ilk matçda olduğu kimi, asan məğlub olacağı proqnozlaşdırılmır. Hazırda da ölkə çempionatının lideri olan “Apoel”in sonadək döyüşəcəyi gözləniləndi. Amma komandamız rəqibinə bu dəfə də “dişini” göstərəcəyi halda, debüt mövsümündə özünün yeni tarixini yazacaq.

 

29 noyabr

“Çelenc Cup”

II təsnifat mərhələsi, cavab oyunu

 

20:00. “Apoel” (Kipr) - “Lokomotiv” (Azərbaycan)

“Lokomotiv”: Aleksey Çervyakov, Abbas Cəfəri, Ruslan Əliyev, Dmitri Baranov, İvan Kazaçkov, Dmitri Obodnikov, Vüqar Bayramov, Murad Abdurazakov, Rəsul İbrahimov, Əli Maqomedov, Pərviz Səmədov, Andrey Vasilenko, Asif Əliyev, Kənan Allahverdiyev, Zeynalabdin Qasımov

Hakimlər: Vitali Parşin (Ukrayna), Lukas Kraloviç (Slovakiya)

Nikosiya. “Lefkozeo” Sarayı

 

İlk oyun: “Lokomotiv” (Azərbaycan) – “Apoel” (Kipr) - 3:0 (25:20, 25:21, 25:19)

 

 

0