[b]Tarixi oyunda “Lokomotiv”in ən yaxşısı kim oldu? – STATİSTİKA[/b]
30.11.2017 - 00:59
[b]Tarixi oyunda “Lokomotiv”in ən yaxşısı kim oldu? – STATİSTİKA[/b]

Kişi voleybolçular arasında  “Çelenc Cup” turnirinin II təsnifat mərhələsinin cavab oyununun statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Lokomotiv”in “Apoel”lə 1:3 hesabı ilə məğlub olduğu, ancaq “qızıl set”də qalib gələrək mərhələ adladığı qarşılaşmanın ən yaxşı oyunçusu rəqibin üzvü Aleksandro Rodrigez seçilib.

 

Kiprlilərin hücumçusu 32 xal toplamaqla bombardir adına da yiyələnib. Ən yaxşı hücumçu da Rodrigez olub. O, hücumda 25 dəfə fərqlənib.

 

Topu oyuna ən yaxşı daxil edən də rəqibin voleybolçusudur. Alan Silva de Araujo 6 dəfə “eys” xalına sevinib.

 

Ən yaxşı top qəbul edən də “Apoel”in üzvüdür. Siyahıda Zlatko Pulko hamını qabaqlayıb. Çempionumuzun oyunçusu Dmitri Obodnikov isə ən yaxşı blokçu nominasiyasının qalibi adına sahib olub. O, 5 dəfə rəqib hücumunun qarşısını alıb.

 

Fərid Cəlalovun yetirmələrinin tam statistikasına gəlincə, Vüqar Bayramov 13, Rəsul İbrahimov və Dmitri Obodnikov hərəyə 11, Pərviz Səmədov 10, Dmitri Baranov və Aleksey Çervyakov hərəyə 5, Andrey Vasilenko və Əli Məhəmmədov hərəyə 2, Murad Abdurrazzakov isə komandamıza 1 xal qazandırıb.

 

Qeyd edək ki, ilk matçı evdə 3:0 hesabı ilə qazanan “Lokomotiv” tarixində ilk dəfə qatıldığı turnirdə 1/16 finala yüksəlib.

0